Xəbərlər
Göyçayda Əməkdaşlıq Memorandumu İmzalandı
06/03/2026, 11:13

05 Mart 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi ilə Göyçay Gənclər evi sosial xidmət müəssisəsi arasında qarşılıqlı əməkdaşlığın təşkili məqsədilə Əməkdaşlıq Memorandumu imzalanmışdır.
Memorandum tərəflər arasında sosial, mədəni, maarifləndirici, hüquqi və sağlamlıq istiqamətləri üzrə əməkdaşlığın qurulmasını, birgə tədbir və layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Sənədə əsasən, seminarların, təlimlərin, dəyirmi masaların təşkili, maarifləndirici tədbirlərin keçirilməsi, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılması istiqamətində birgə fəaliyyət həyata keçiriləcəkdir.







