“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göyçayda fəal ilk həmkar sədrləri mükafatlandırıldı

25/11/2025, 15:15
xeber1

Göyçay rayonunda bir sıra ilk həmkar təşkilat sədrləri fəaliyyətlərində göstərdikləri yüksək fəallığa görə mükafatlandırılıb. Tədbirdə ETİHİ Göyçay RK sədri Kəmalə Səmədova və rayon üzrə 92 ilk təşkilat sədri iştirak edib.

   Tədbir zamanı fəallığı ilə seçilən sədrlərə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən Fəxri Fərmanlar və mükafatlar təqdim olunub. Çıxışlarda həmkar təşkilatlarının əmək münasibətləri, sosial müdafiə, maarifləndirici təşəbbüslər və kollektivlərdə sağlam mühitin formalaşdırılması istiqamətində gördüyü işlər xüsusi vurğulanıb.

  Rəsmi hissədən sonra müəllimlərlə səmimi söhbətlər edilib, asudə vaxt xoş ab-hava ilə davam etdirilib. Fikir mübadiləsi zamanı təkliflər dinlənilib, gələcək fəaliyyət və təşəbbüslər barədə qarşılıqlı müzakirələr aparılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: