“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göyçayda Kürdəmiş kənd tam orta məktəbinə yeni təyinatlar olub

17/09/2026, 12:25
xeber1

Göyçay rayonunun Kürdəmiş kənd tam orta ümumtəhsil məktəbinə yeni əməkdaşlar qəbul olunub.


Quliyeva Sevinc Rövşən qızı musiqi müəllimi, Səbzəliyeva Leyla Maarif qızı isə kitabxana müdiri vəzifəsinə təyin olunub.


Bununla əlaqədar ETİHİ Göyçay Rayon Komitəsinin sədri məktəbin müəllim kollektivi ilə görüş keçirib. Görüş zamanı yeni təyin olunan əməkdaşlar kollektivə təqdim olunub, onların qarşıdakı fəaliyyətləri və təhsil müəssisəsinin ictimai həyatında fəal iştirakının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.


Görüşdə müəllimlərə AHİK PLUS mobil tətbiqi barədə də ətraflı məlumat verilib. Tətbiqin imkanları, həmkarlar ittifaqı üzvləri üçün təqdim olunan xidmət və güzəştlər, eləcə də tətbiqdən istifadə qaydaları izah olunub. Müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Həmçinin həmkarlar ittifaqının əməkdaşların əmək, sosial və digər hüquqlarının müdafiəsində rolu barədə məlumat verilib.


Məktəbin müəllimləri yeni həmkarları haqqında xoş sözlər söyləyərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sosial şəbəkələrdə paylaş: