Xəbərlər
Göyçayda Kürdəmiş kənd tam orta məktəbinin kitabxana müdirinin 65 illik yubileyi qeyd olunub

Göyçay rayonunun Kürdəmiş kənd tam orta ümumtəhsil məktəbinin kitabxana müdiri Cəbrayılova Sevda Novruz qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə ETİHİ Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova, məktəb kollektivi, müəllimlər və yubilyarın həmkarları iştirak ediblər.
Tədbirdə çıxış edən Kəmalə Səmədova Sevda Cəbrayılovanı 65 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd olunub ki, Sevda Cəbrayılova uzun illərdir təhsil sahəsində çalışır, məktəbin kitabxana işinin təşkilində, şagirdlərin mütaliəyə marağının artırılmasında və kitab fondunun qorunmasında səmərəli fəaliyyət göstərir.
Tədbirdə yubilyarın uzunillik əmək fəaliyyəti və təhsil sahəsinə verdiyi töhfələr yüksək qiymətləndirilib.
Əmək fəaliyyətində göstərdiyi səmərəli xidmətlərə görə Sevda Cəbrayılovaya mükafat və təşəkkürnamə təqdim olunub.
Kəmalə Səmədova yubilyara göstərdiyi fədakar əməyə görə təşəkkürünü bildirib və bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Sonda Sevda Cəbrayılovaya bir daha möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavan həyat arzuları çatdırılıb.
65 illik yubiley münasibətilə keçirilən tədbir xoş və səmimi ab-hava ilə yadda qalıb.







