“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göyçayda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olundu

02/03/2026, 09:24
xeber1


Müqəddəs Ramazan ayı münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi tərəfindən şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları, rayon İcra Hakimiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə iftar süfrəsi təşkil olunub.


Təxminən 100 nəfərin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Daha sonra çıxış üçün ilk söz Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədovaya verilib. O, çıxışında Ramazan ayının mərhəmət, birlik və paylaşma ayı olduğunu vurğulayaraq belə görüşlərin cəmiyyətimizdə həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.


Ardınca Göyçay rayonu Yeniarx kəndinin imamı Ağakərim Səmədov və Qəbələ Müskürlü kəndinin imamı Yusif Aslanov çıxış edərək müqəddəs Ramazan ayının mənəvi əhəmiyyətindən danışıblar. Tədbirdə şəhidlərimizin ruhuna dualar oxunub və iftar duası edilib.


Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və şəhid atası Akif Kərimov çıxış edərək belə tədbirlərin birlik və həmrəylik baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.


Sonda iştirakçılar birlik və səmimi mühitdə iftar süfrəsi arxasında bir araya gəliblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: