Xəbərlər
Göyçayda təhsil işçilərinə ağır itki üz verib
11/09/2026, 21:28

Göyçay rayonunun təhsil salnaməsində xüsusi yeri olan, gənc nəslin təlim-tərbiyəsinə böyük əmək sərf etmiş dəyərli pedaqoq Fəridə Sarvan qızı Mahmudovanın vaxtsız vəfatı bütün təhsil ictimaiyyətini dərindən sarsıtmışdır. O, uzun illər Göyçay rayon 1 nömrəli tam orta məktəbdə fəal çalışaraq nümunəvi ziyalı, yüksək ixtisaslı filoloq və xeyirxah bir insan kimi dərin hörmət qazanmışdır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə, yaxınlarına və həmkar kollektivinə dərindən hüznlə başsağlığı verir, səbir diləyirik. Dəyərli müəllimənin əziz xatirəsi hər zaman ehtiramla anılacaqdır.
Allah rəhmət eləsin!



