Xəbərlər
Göyçayda təqaüddə olan müəllimlər "8 Mart "münasibətilə ziyarət olunub

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi tərəfindən təqaüddə olan müəllimlər ziyarət olunub, onlarla bayram sevinci bölüşülüb.
Ziyarət zamanı uzun illər təhsil sahəsində fəaliyyət göstərmiş müəllimlərin cəmiyyətin inkişafındakı mühüm rolu vurğulanıb. Qeyd olunub ki, illər boyu şagirdlərə elm öyrədən, onlara həyat dərsi verən bu dəyərli insanlar yetişən nəsillərin formalaşmasında böyük xidmətlər göstəriblər. Məhz onların zəhməti sayəsində bu gün müxtəlif sahələrdə ölkənin inkişafına töhfə verən gənclər yetişir.
Tədbir çərçivəsində müəllimlərə bayram münasibətilə diqqət göstərilib, onlara səmimi təbriklər çatdırılıb. Təqaüddə olan pedaqoqlara uzun ömür, möhkəm sağlamlıq və daim hörmət və ehtiram içində yaşamaq arzulanıb.
















