“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göyçayda ümumrayon Novruz şənliyi keçirilib

17/03/2026, 16:42
xeber1

Tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.


Şənlik çərçivəsində Novruz bayramının zəngin adət-ənənələri nümayiş etdirilib, milli musiqi nümunələri səsləndirilib, folklor elementləri, Kosa və Keçəl obrazları tədbirə xüsusi rəng qatıb. Bayram tonqalları alovlandırılıb, müxtəlif sərgilər və çıxışlar təqdim olunub, iştirakçılara xoş əhval-ruhiyyə bəxş edilib.


Tədbir bir daha sübut edib ki, Novruz bayramı xalqımızın birlik, həmrəylik və milli kimlik rəmzidir. Bu cür tədbirlər milli irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Əziz sakinlərimiz, Novruz bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, firavanlıq və bol ruzi-bərəkət arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: