Xəbərlər
Göyçayda yaşıllığa töhfə: ağacəkmə aksiyası keçirildi

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göyçay rayonunda genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub. Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması, rayonun yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın daha da möhkəmləndirilməsinə töhfə verməkdir.
Tədbir çərçivəsində müxtəlif ərazilərdə yüzlərlə ağac tingi əkilərək yeni yaşıllıq zolaqları salınıb. Aksiyada iştirak edənlər təbiətin qorunmasının hər bir vətəndaşın borcu olduğunu vurğulayaraq belə təşəbbüslərin gələcək nəsillər üçün sağlam və yaşıl mühit formalaşdırdığını bildiriblər.
Qeyd edək ki, keçirilən ağacəkmə aksiyası rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitə qayğının artırılması və yaşıllıqların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlərin davamlı olaraq həyata keçirilməsi həm təbiətin qorunmasına, həm də şəhər mühitinin daha gözəl və sağlam olmasına xidmət edir







