Xəbərlər
Göyçayda yubiley tədbiri keçirildi
14/11/2025, 16:06

Göyçay rayonu Q. Həsrətov adına Mırtı kənd tam orta ümumtəhsil məktəbində məktəbin müəllimi Davudova Humay Bulud qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova, məktəbin rəhbərliyi, pedaqoji kollektiv və digər həmkarlar iştirak ediblər.
Yubiley münasibətilə Humay müəlliməyə təhsildə səmərəli fəaliyyətinə görə ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.
Humay müəlliməni ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq!








