“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl Gənclər Evində Müəllimlər Günü qeyd olunub

21/10/2025, 15:49
xeber1

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Göygöl Gənclər Evində tədbir keçirilib. Tədbirdə rayonun təhsil işçiləri, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitə sədrinin müşaviri Pərvanə İsmayılova, Göygöl Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Göygöl rayonu üzrə Təhsil sektorunun müdiri Elnur Qasımov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev, eləcə də təqaüddə olan müəllim və yeni pedaqoqlar müəllim əməyinin cəmiyyətdəki rolu və dəyəri barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda müəllimlərin əməyinə yüksək qiymət verilib. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən ucqar kənd məktəblərində çalışan 8 nəfər fəal müəllimə, IV, VI, IX sinif monitorinqlərində ən yüksək nəticə göstərən 28 müəllimə, 65 yaşına çatmış 23 nəfər təhsil işçisinə, həmçinin bu tədris ilində işə qəbul olunan 15 nəfər yeni ittifaq üzvünə hədiyyə, plaket və pul mükafatları təqdim olunub.

Bu mükafatlandırma müəllimlərin təhsil sahəsindəki fədakar fəaliyyətinin, gələcək nəslin formalaşmasındakı əvəzsiz xidmətlərinin bariz nümunəsi kimi dəyərləndirilib. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil işçilərinin əməyinin dəyərləndirilməsini gələcəkdə də davam etdirəcək.

#MüəllimlərGünü

#Göygöl

#Təhsil

#Müəllim

#ElmVəTəhsil

#Həmkarlarİttifaqı

#AzərbaycanTəhsili

#GöygölTəhsil

#MüəllimƏməyi

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: