“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl məktəbliləri arasında şahmat yarışı keçirilib.

11/06/2026, 10:23
xeber1

Göygöl şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində aşağı yaş qrup şagirdləri arasında şahmat yarışı təşkil olunub.

Yarışda ETİHİ Göygöl Rayon Komitəsinin sədri də iştirak edərək şagirdlərlə görüşüb. Çıxış zamanı uşaqların intellektual inkişafında, məntiqi təfəkkürünün formalaşmasında, diqqət və strateji düşünmə bacarıqlarının inkişafında şahmatın mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, bu kimi yarışlar şagirdlərin asudə vaxtlarının səmərəli təşkilinə və onların sağlam rəqabət mühitində yetişməsinə mühüm töhfə verir.

Maraqlı mübarizə şəraitində keçən yarışın sonunda fərqlənən şagirdlər müəyyənləşdirilib. Qaliblər ETİHİ Göygöl Rayon Komitəsi tərəfindən diplom və kiçik hədiyyələrlə təltif olunublar.

Tədbirin əsas məqsədi şagirdlər arasında şahmatın təbliği, onların intellektual potensialının inkişafına dəstək göstərilməsi və sağlam rəqabət mühitinin təşviq edilməsidir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: