“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl müəllimləri voleybol turnirinin qalibi olublar.

05/06/2026, 08:37
xeber1

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şəhər və rayonların qadın müəllimlərindən ibarət komandaları arasında təşkil olunan voleybol yarışı uğurla başa çatıb.

Yarışda Gəncə, Göygöl, Samux və Goranboy rayonlarının komandaları iştirak ediblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşlərin yekununda final mərhələsinə yüksələn Göygöl rayonunun Balçılı kənd 1 nömrəli tam orta məktəbinin qadın müəllimlərindən ibarət komandası Gəncə yığması ilə qarşılaşıb.

Final oyununda əzmkarlıq və yüksək komanda ruhu nümayiş etdirən Göygöl təmsilçiləri rəqiblərinə qalib gələrək turnirin çempionu olublar.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi olaraq komanda üzvlərini bu əlamətdar qələbə münasibətilə təbrik edir, onlara gələcək yarışlarda yeni uğurlar arzulayırıq.

Bu uğur müəllimlərimizin yalnız təhsil sahəsində deyil, həm də idman sahəsində fəallıqlarının və nümunəvi fəaliyyətlərinin göstəricisidir. Fotolar Gəncəxəbər-ə aiddir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: