Xəbərlər
Göygöl Peşə Məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin əməkdaşları ilə tələbələrin görüşü təşkil olunub.

Tədbir çərçivəsində tələbələrə həmkarlar ittifaqının missiyası, üzvlükdən irəli gələn hüquq və vəzifələr, həmçinin tələbələr üçün mövcud imkanlar və dəstək mexanizmləri barədə ətraflı məlumat təqdim edilib. Görüş, gənclərin həmkarlar ailəsində daha fəal iştirakını təmin etməyi, onların sosial müdafiəsini gücləndirməyi və hüquqi maarifləndirilməsini hədəfləyib.
Sonda tələbələrə bildirilib ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi onların daim yanında olacaq, inkişafı və sosial rifahı üçün ardıcıl dəstək göstərəcək.
Qeyd edək ki, Göygöl Peşə Məktəbinin tələbələri də ittifaqın yeni üzvləri sırasına qoşulacaq. Bu məqsədlə 300-dən artıq tələbə ilə görüş keçirilib və onların həmkarlar ailəsində təmsil olunması üçün müvafiq şərait yaradılıb.







