Xəbərlər
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyində Göygöl şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbinin Peşə Təmayüllü Siniflərinin şagirdləri hazırladıqları maraqlı və zövqlü əl işləri ilə sərgi-satışda iştirak etdilər.
12/03/2026, 20:53
Şagirdlərin bacarıq və yaradıcılıqlarını nümayiş etdirdiyi bu sərgidə müxtəlif əl işləri iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. ETİHİ Göygöl Rayon Komitəsi olaraq biz də bu bayram tədbirində Peşə Təmayüllü Siniflərin şagird və müəllimlərinin yanında olaraq onların fəaliyyətinə dəstək göstərdik.




