Xəbərlər
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ümumrayon Novruz şənliyində Göygöl şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Peşə Təmayüllü Siniflərinin şagirdləri hazırladıqları əl işlərini sərgi-satışda təqdim etdilər.
12/03/2026, 20:57
Şagirdlərin nümayiş etdirdiyi əl işləri onların peşə bacarıqlarını və yaradıcılıq potensialını əks etdirdi. ETİHİ Göygöl Rayon Komitəsi olaraq bu tədbirdə Peşə Təmayüllü Siniflərin şagird və müəllimlərinin yanında olduq və onların fəaliyyətinə dəstəyimizi göstərdik.



