Xəbərlər
Göygöl Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcması Göygöl nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycanın memarlıq irsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayonun təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qərbi Azərbaycan İcmasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Qərbi Azərbaycan ərazisində mövcud olmuş qədim Azərbaycan memarlıq nümunələri, tarixi abidələr, yaşayış məskənləri, xalqımızın zəngin mədəni irsi və bu irsin qorunmasının əhəmiyyəti barədə geniş məlumat verilib.
Tədbirdə ETİHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev məruzə ilə çıxış edərək Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsinin, gələcək nəsillərə çatdırılmasının və təhsil mühitində bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.
Tədbir iştirakçıları qeyd ediblər ki, memarlıq abidələri xalqın tarixini, milli kimliyini və mədəni yaddaşını yaşadan dəyərli nümunələrdir.




