Xəbərlər
Göygöl rayon Ə.Məmmədov adına Üçtəpə kənd tam orta ümumtəhsil məktəbində növbəti yubiley təbrikləri

DƏYƏR–65 layihəsi çərçivəsində uzun illər təhsilə töhfə vermiş məktəbin müəllimi Məhərrəmova Şərqiyyə Teymur qızı və məktəbin texniki işçisi Tağıyeva Faqət Yunis qızı 65 illik yubileyləri münasibətilə Göygöl rayon Ə. Məmmədov adına Üçtəpə kənd tam orta ümumtəhsil məktəbinin kollektivi qarşısında təntənəli şəkildə təbrik olundular.
Hər iki həmkarımıza möhkəm can sağlığı, ailə səadəti və gələcək həyatlarında uğurlar arzulayırıq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi bundan sonra da DƏYƏR–65 layihəsi çərçivəsində 65 yaşına çatmış hər bir təhsil işçisinin yubileyini uzun illər çalışdığı kollektiv qarşısında hörmət və ehtiramla qeyd etməyə davam edəcək.







