Xəbərlər
Göygöl rayon Hacıməlik qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi Şəki və Şəki Yaylasına ekskursiya edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə Göygöl rayon Hacıməlik qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki, Şəki Yaylası marşrutu üzrə ekskursiya təşkil olunub.
Səfər zamanı iştirakçılar Şəkinin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olub, daha sonra isə əsrarəngiz təbiəti ilə seçilən Şəki Yaylasında istirahət edərək xoş və yaddaqalan anlar yaşayıblar.
Bu cür ekskursiyalar təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, kollektiv daxilində ünsiyyət və həmrəylik münasibətlərinin gücləndirilməsi, eləcə də ölkəmizin tarixi, mədəni və təbii irsinin daha yaxından tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, mənalı istirahətinin təşkili və kollektiv dəyərlərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.






