“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl Rayon Komitəsində yeni tərkib formalaşdırılıb.

12/11/2025, 09:00
xeber1

Göygöl Rayon Komitəsində yeni tərkib formalaşdırılıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tapşırığına əsasən, Göygöl Rayon Komitəsində həmkarlar təşkilatının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə Komitə üzvlərinin, Rəyasət heyətinin və Təftiş Komissiyasının tərkibi yenidən formalaşdırılıb.

Yeni tərkibin müəyyənləşdirilməsi zamanı əsas məqsəd həmkarlar ittifaqı fəaliyyətində gənclərin fəal iştirakını təmin etmək, peşəkarlığı və təşəbbüskarlığı artırmaq olub. Bu məqsədlə seçim zamanı sertifikatlaşdırma prosesində yüksək nəticə göstərmiş, fəallığı və məsuliyyət hissi ilə seçilən müəllimlərə üstünlük verilib.

Yeni formalaşdırılmış Komitə və Təftiş Komissiyasının üzvləri aşağıdakılardır:

1. Əlişova Vüsalə Vahid qızı – Göygöl şəhəri 5 nömrəli tam orta ümümtəhsil məktəbinin riyaziyyat müəllimi, 50 bal

2. Məmmədova Urfanə Əhliman qızı – Bəhrəmbağ kənd ümumi orta ümümtəhsil məktəbinin riyaziyyat müəllimi, 56 bal

3. Mehdiyeva Nailə Əziz qızı – Çaykənd kənd tam orta ümümtəhsil məktəbinin riyaziyyat müəllimi, 52 bal

4. Ağayeva Fəridə Firuddin qızı – Göygöl şəhər 4 nömrəli tam orta ümümtəhsil məktəbinin ingilis dili müəllimi, 55 bal

5. Mehtiyeva Esmira Mirzə qızı – Göygöl şəhər 1 nömrəli tam orta ümümtəhsil məktəbinin coğrafiya müəllimi, 52 bal

Yeni Komitə və Təftiş Komissiyasının tərkibinə daxil edilən bu müəllimlər həm sertifikasiya imtahanında göstərdikləri nəticələrlə, həm də təhsil sahəsindəki fəal mövqeləri ilə seçiliblər.

Eyni zamanda, maliyyə məsələlərinə peşəkar yanaşmanın təmin olunması məqsədilə tərkibdə riyaziyyat fənni üzrə ixtisaslaşmış müəllimlərin təmsil olunmasına xüsusi diqqət yetirilib.

Yeni tərkibin formalaşdırılması Göygöl Rayon Komitəsinin fəaliyyətində səmərəliliyin artırılmasına, həmkarlar hərəkatında gənclərin və peşəkar müəllimlərin rolunun güclənməsinə xidmət edəcək.

İclasın nəticələrinə əsasən tərtib edilmiş protokol müəyyən olunmuş qaydada Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təqdim olunub.

Yeni Komitə üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: