Xəbərlər
Göygöl rayon Qızılca kənd R. Rzayev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi Şəki və Şəki Yaylasına ekskursiya edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinin təşkilatçılığı və dəstəyi ilə Göygöl rayon Qızılca kənd R. Rzayev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki–Şəki Yaylası istiqamətində maarifləndirici və istirahət məqsədli ekskursiya təşkil olunub.
Səfər çərçivəsində iştirakçılar qədim Şəki şəhərinin tarixi-mədəni mühiti ilə tanış olub, daha sonra özünəməxsus təbiəti və sərin iqlimi ilə seçilən Şəki Yaylasında dincələrək yaddaqalan anlar yaşayıblar.
Belə ekskursiyalar təhsil işçilərinin mənəvi istirahətinin təşkili ilə yanaşı, kollektiv ruhunun güclənməsinə, həmkarlar arasında səmimi ünsiyyətin və əməkdaşlığın inkişafına da mühüm töhfə verir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində layihələrini davam etdirir.





