“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl rayon Toğanalı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Həsənova Həqiqət Camal qızının səhhətində yaranan problemlə əlaqədar məzuniyyətin verilməsi məsələsi məktəb həmkarlar təşkilatının iclasında müzakirə olunub.

22/10/2025, 10:04
xeber1

Göygöl rayon Toğanalı kənd tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar ittifaqı komitəsinin iclasında Həqiqət müəllimin uzun müddətli ağır xəstəliyini və səhhətində yaranmış problemi nəzərə alınmaqla öz hesabına məzuniyyətə çıxması məsələsi müzakirə olunub. İclasın protokolu tərtib olunub.

Göygöl rayon Toğanalı kənd tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar ittifaqı komitəsinin iclasının yekunu olaraq qərara alındı ki, müvafiq kollektiv sazişin 3.1.7 maddəsini rəhbər tutulmaqla müəllimi Həsənova Həqiqət Camal qızına 4 aylıq ödənişsiz məzuniyyətin verilməsi barədə qərar qəbul olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi qərarın icrasını təmin edərək, Həqiqət müəllimin səhhətində yaranan narahatçılığı ilə bağlı öz hesabına məzuniyyətə buraxılması işinə qanun çərçivəsində dəstək verib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi gələcək fəaliyyətlərində təhsil işilərinin əmək, sosial, iqtisadi hüquqlarının qorunması işini davam etdirəcək.

Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:

Məsul şəxs:

Elnur Hacıyev – ETİHİ Göygöl Rayon Komitəsinin sədri


Əlaqə nömrəsi: +994 50 273 63 36

Elektron ünvan: goygol-hik@etihi.org

#AHİK


#ETİHİ

#ETİHİGöygölRayonKomitəsi

#MÜTDA

#GəncəDaşkəsənRegionalTəhsilİdarəsi

#Göygölrayonuüzrətəhsilsektoru

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: