“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl rayon Z. Hacıyev adına Yeni Zod kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Ağdam–Əsgəran–Xankəndi–Şuşa istiqamətində ekskursiyada olub.

28/06/2026, 17:34
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinin dəstəyi ilə Göygöl rayon Z. Hacıyev adına Yeni Zod kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Ağdam–Əsgəran–Xankəndi–Şuşa istiqamətində ekskursiya təşkil olunub.

Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, mənalı istirahətinin təmin edilməsi, eləcə də Qarabağın tarixi, mədəni və mənəvi irsi ilə yaxından tanış olmaları üçün şərait yaratmaq olub.

Ekskursiya iştirakçıları səfər çərçivəsində tarixi və əlamətdar məkanları ziyarət edərək həmin ərazilərin zəngin tarixi və mədəni irsi haqqında ətraflı məlumat əldə ediblər.

Səfər iştirakçılarında xoş təəssüratlar yaradıb, onların mənalı istirahətinə və kollektiv həmrəyliyinin möhkəmlənməsinə töhfə verib.

Təhsil işçiləri göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirərək bu cür maarifləndirici və sosial əhəmiyyətli tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: