“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl rayonu Quşçu kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Mingəçevir–Şəki istiqamətində ekskursiyada iştirak edib.

29/06/2026, 11:51
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinin təşkilatçılığı və dəstəyi ilə Göygöl rayonu Quşçu kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Mingəçevir–Şəki istiqamətində maarifləndirici və istirahət məqsədli ekskursiya təşkil edilib.

Səfərin əsas məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, eyni zamanda Azərbaycanın zəngin tarixi, mədəni irsi və təbii gözəllikləri ilə seçilən bölgələrini yaxından tanımalarına şərait yaratmaq olub.

Ekskursiya çərçivəsində iştirakçılar Şəkinin tarixi-mədəni abidələrini ziyarət edib, bölgənin özünəməxsus memarlıq nümunələri, milli-mədəni dəyərləri və füsunkar təbiəti ilə tanış olublar. Səfər kollektiv üzvlərinin həm mənalı istirahətinə, həm də qarşılıqlı əməkdaşlıq və həmrəylik münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verib.

Ekskursiya iştirakçıları yaradılan şəraitə və göstərilən diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür sosial layihələrin davamlı olmasının təhsil işçilərinin motivasiyasına və sosial rifahına mühüm töhfə verdiyini qeyd ediblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: