Xəbərlər
Göygöl rayonu Ülfət Quliyev adına Toğanalı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Mingəçevir–Şəki istiqamətində təşkil olunan ekskursiyada iştirak edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinin dəstəyi ilə Göygöl rayonu Ülfət Quliyev adına Toğanalı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Mingəçevir-Şəki istiqamətində ekskursiya təşkil olunub.
Ekskursiya təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, istirahətlərinin zənginləşdirilməsi, eyni zamanda ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə malik bölgələrindən biri olan Şəki ilə yaxından tanış olmaları məqsədi daşıyıb.
Səfər zamanı iştirakçılar Şəkinin tarixi-memarlıq abidələrini, füsunkar təbiətini və özünəməxsus mədəni irsini yaxından izləmək imkanı əldə ediblər. Ekskursiya həm maarifləndirici, həm də kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin və həmrəyliyin möhkəmlənməsinə xidmət edib.
Səfər iştirakçıları təşkil olunan ekskursiyaya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına minnətdarlıqlarını ifadə edərək bu cür təşəbbüslərin təhsil işçilərinin sosial rifahına və motivasiyasına müsbət təsir göstərdiyini bildiriblər.









