Xəbərlər
Göygöl rayonu üzrə təhsil sektoru və ETİHİ Göygöl Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Respublika Fənn Müsabiqəsində, eləcə də ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında medal qazanan şagirdlər və onların müəllimləri ilə görüş keçirilib.

Respublika Fənn Müsabiqəsində Göygöl şəhər Təbiət və Texniki Fənlər Təmayüllü Liseyinin şagirdi Zöhrab Səmədzadə fizika fənni üzrə gümüş medal (müəllimi Şəhla Qurbanova) , Məktəblilərin Respublika İdman Olimpiadasında isə Göygöl şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şagirdi Ülvi Qurbanzadə qızıl medal (müəllimi Hafiz Abdullayev) , Əli Zeynallı isə bürünc medal (müəllimi Vüsal Rüsətmov) qazanaraq rayonumuzu layiqincə təmsil ediblər.
Görüş zamanı şagirdlərimizin qazandıqları yüksək nailiyyətlər xüsusi vurğulanıb, bu uğurların əldə olunmasında əməyi olan müəllimlərin zəhməti yüksək qiymətləndirilib. Qalib şagirdlər təbrik olunaraq onlara gələcək təhsil və idman fəaliyyətlərində yeni-yeni uğurlar arzulanıb.
Şagirdlərimizin inkişafına göstərdikləri diqqət və dəstəyə görə müəllimlərə və valideynlərə təşəkkürümüzü bildiririk. Tədbirin sonunda qalib şagirdlərə hədiyyələr, onların müəllimlərinə isə pul mükafatları təqdim olunub.








