“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl rayonu Yeni Zod körpələr evi–uşaq bağçasında növbəti yubiley təbriki

11/03/2026, 15:00
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi “DƏYƏR–65” layihəsi çərçivəsində uzun illər təhsilə töhfə vermiş Bayramova Qətibə Fərman qızını 65 illik yubileyi münasibətilə təbrik etmişdir.

Təbrik mərasimi Göygöl rayonu Yeni Zod körpələr evi–uşaq bağçasında keçirilib.

Körpələrimizin və uşaqlarımızın sağlam böyüməsində göstərdiyiniz fədakar xidmətlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk Qətibə xanım.

Sizə möhkəm can sağlığı, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq!

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi bundan sonra da “DƏYƏR–65” layihəsi çərçivəsində 65 yaşına çatmış hər bir təhsil işçisinin yubileyini kollektiv qarşısında təntənəli şəkildə qeyd etməyə davam edəcək.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: