“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl rayonuna maraqlı və yaddaqalan ekskursiya

02/06/2026, 09:20
xeber1

ETİHİ Ağstafa Rayon Komitəsi nin dəstəyi ilə Qarahəsənli kənd tam orta məktəbinin kollektivi Göygöl rayonuna maraqlı və yaddaqalan ekskursiya səfəri həyata keçirildi. Səfərin əsas məqsədi müəllimlərin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi, eləcə də ölkəmizin zəngin təbiəti və tarixi məkanları ilə yaxından tanışlıq oldu.

Ekskursiya iştirakçıları Göygöl rayonunun ecazkar təbiəti, əsrarəngiz mənzərələri və füsunkar guşələri ilə tanış olundu, xüsusilə Göygölün bənzərsiz gözəlliyi hər kəsdə xoş təəssüratlar yaratdı. Səfər zamanı kollektiv üzvləri rayonun görməli yerlərini ziyarət etdilər, tarixi və mədəni abidələr haqqında məlumatlar əldə etdiər, təbiətin qoynunda xoş və mənalı vaxt keçirildi. Müəllimlər onlar üçün yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər. Kollektiv üzvləri qeyd etdilər ki, belə ekskursiyalar təhsil işçilərinin sosial rifahının yüksəldilməsinə, onların istirahətinin səmərəli təşkilinə və kollektiv ruhunun güclənməsinə mühüm töhfə verir.Səfər iştirakçıları gələcəkdə də bu cür maarifləndirici və istirahət yönümlü tədbirlərin davam etdirilməsini arzulamış, göstərilən dəstəyə görə həmkarlar ittifaqına təşəkkürlərini ifadə etdilər. Bu cür layihələr təhsil işçilərinin əməyinə verilən dəyərin və diqqətin bariz nümunəsi olmaqla yanaşı, kollektiv üzvlərinin motivasiyasının artırılmasına da xidmət edir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: