Xəbərlər
Göygöl rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib.

Göygöl Rayon İcra Hakimiyyəti, Göygöl rayonu üzrə Təhsil sektoru, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin birgə təşkilatçılığı ilə "Suveren və yaşıl dünyanın gələcək innovativ qurucuları" adlı tədbir Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin açılış nitqi ilə başladı.
Tədbir sərgi, uşaqların maraqlı çıxışları, uşaq forumu ilə davam etdi.
Forumda uşaqlarımız spikerlərə öz sullarını vermək və cavab almaq imkanları tapdılar.
Uşaqlar həm öyrəndilər, həm əyləndilər, həm də öz bacarıqlarını nümayış etdirdilər.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilən tədbirin təşkilində əməyi, əziyyəti olan təhsil işçilərinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adından təşəkkürümüzü bildiririk.
Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:
ATİAHİ Göygöl Rayon Komitəsinin sədri: Elnur Hacıyev
Əlaqə nömrəsi: +994502736336
Elektron ünvan: atiahi-goygol-rk@mail.ru




















