“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl rayonunda əməyin mühafizəsi və hüquqi maarifləndirmə tədbirləri davam edir

14/09/2026, 11:02
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin təşəbbüsü və yeni tədris ili üzrə fəaliyyət planına uyğun olaraq təhsil müəssisələrində əməyin mühafizəsi və hüquqi maarifləndirmə istiqamətində növbəti görüş keçirilib.

Bu dəfə ETİHİ Göygöl Rayon Komitəsinin nümayəndələri Göygöl rayon Qırıqlı kənd tam orta ümumtəhsil məktəbinin kollektiv üzvləri ilə görüşüblər.

Görüşün əsas məqsədi əməkdaşların təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması ilə bağlı maarifləndirilməsi, əməyin mühafizəsi sahəsində mövcud tələblərin izah edilməsi və əmək hüquqları barədə məlumatlılığın artırılması olub.

Tədbir zamanı müəssisədə əməyin mühafizəsi işinin düzgün təşkili, işçilərin müvafiq qaydada təlimatlandırılması və bu prosesin sənədləşdirilməsi məsələlərinə diqqət yetirilib. Əməyin mühafizəsi üzrə təlimatların keçirilməsi, təlimat jurnallarının düzgün aparılması, məsul şəxsin müəyyənləşdirilməsi və işəgötürənin bu sahədə öhdəlikləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, əmək münasibətlərində işçilərin hüquq və vəzifələri, əmək qanunvericiliyinin tələbləri, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vacibliyi və təhlükəsizlik mədəniyyətinin formalaşdırılması məsələləri müzakirə edilib.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, ETİHİ Göygöl Rayon Komitəsi tərəfindən yeni tədris ili ərzində rayonun ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində əməyin mühafizəsi və hüquqi maarifləndirmə istiqamətində silsilə görüşlərin keçirilməsi davam etdiriləcəkdir.

Təhlükəsiz əmək mühiti hər bir işçinin hüququ, onun təmin olunması isə ümumi məsuliyyətdir!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: