“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl rayonunda ilk həmkarlar təşkilatlarının fəaliyyətinə nəzarət tədbirləri davam etdirilir

18/11/2026, 17:32
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən rayonun təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar təşkilatlarının işinin qanunvericiliyin tələblərinə və ittifaqın müəyyən edilmiş təşkilati prinsiplərinə uyğun qurulması istiqamətində həyata keçirilən təftiş tədbirləri davam etdirilir.

Növbəti təftiş Göygöl şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən ilk həmkarlar təşkilatında aparılıb.

Təftiş zamanı həmkarlar təşkilatının fəaliyyətini əks etdirən təşkilati və maliyyə sənədləri, üzvlük münasibətlərinin rəsmiləşdirilməsi, əmək və əməyin mühafizəsi üzrə təlimatlandırma jurnallarının aparılması, ittifaq üzvlərinə göstərilən maddi yardımların və mükafatlandırmaların sənədləşdirilməsi, ödənişsiz məzuniyyətlərin rəsmiləşdirilməsi, eləcə də əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hallarda həmkarlar ittifaqının qanunvericiliklə müəyyən edilmiş hüquq və səlahiyyətlərinin həyata keçirilməsi araşdırılıb.

Yoxlama prosesində sənədlərin yalnız formal mövcudluğu deyil, onların məzmunu, tərtibatı, ardıcıllığı və müvafiq normativ tələblərə uyğunluğu da diqqət mərkəzində saxlanılıb. Aşkar edilən nöqsan və çatışmazlıqların aradan qaldırılması, sənədləşmə işinin sistemli təşkili və ilk həmkarlar təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq izahat və tövsiyələr verilib.

Qeyd edək ki, Göygöl Rayon Komitəsi tərəfindən həyata keçirilən təftiş tədbirləri rayon üzrə 20 təhsil müəssisəsini əhatə edir. Aparılan yoxlamaların nəticələri müəyyən edilmiş qaydada aktlaşdırılır və müvafiq qaydada qiymətləndirilir.

Bu tədbirlərin əsas məqsədi ilk həmkarlar təşkilatlarında işin təşkilati və maliyyə baxımından düzgün qurulmasını təmin etmək, şəffaflıq və hesabatlılıq prinsiplərini gücləndirmək, həmçinin ittifaq üzvlərinin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi mexanizmlərinin səmərəli fəaliyyətinə nail olmaqdır.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: