Xəbərlər
Göygöl rayonunda ilk həmkarlar təşkilatlarının fəaliyyətinə nəzarət tədbirləri davam etdirilir
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar təşkilatlarının işinin təkmilləşdirilməsi və təşkilati fəaliyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə təftiş tədbirləri davam etdirilir.
Növbəti yoxlama Göygöl şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən ilk həmkarlar təşkilatında aparılıb.
Təftiş zamanı təşkilati sənədləşmə, maliyyə intizamı, üzvlərə göstərilən sosial dəstəyin rəsmiləşdirilməsi, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində sənədlərin vəziyyəti araşdırılıb. Eyni zamanda, həmkarlar ittifaqının qanunvericiliklə müəyyən edilmiş hüquq və səlahiyyətlərinin həyata keçirilməsi məsələlərinə diqqət yetirilib.
Mövcud vəziyyət təhlil edilərək aşkar olunan nöqsanların aradan qaldırılması və fəaliyyətin daha səmərəli təşkili ilə bağlı müvafiq tövsiyələr verilib.
Bu tədbirlər ilk həmkarlar təşkilatlarında şəffaflığın, hesabatlılığın, hüquqi məsuliyyətin və idarəetmə keyfiyyətinin artırılmasına xidmət edir.



