Xəbərlər
Göygöl rayonunda ilk həmkarlar təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təftiş tədbirləri aparılır

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən rayonun təhsil müəssisələrində ilk həmkarlar təşkilatlarının fəaliyyətinin mövcud tələblərə uyğunluğunun qiymətləndirilməsi, iş prosesində təşkilati və maliyyə intizamının gücləndirilməsi məqsədilə həyata keçirilən yoxlamalar davam etdirilir.
Bu çərçivədə növbəti təftiş Göygöl şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasında fəaliyyət göstərən ilk həmkarlar təşkilatında həyata keçirilib.
Təftiş zamanı təşkilatın cari fəaliyyətinin təşkili, ittifaq üzvlərinə göstərilən maddi və sosial dəstəyin sənədləşdirilməsi, əmək və əməyin mühafizəsi üzrə təlimatlandırma jurnallarının vəziyyəti, ödənişsiz məzuniyyətlərin rəsmiləşdirilməsi, həmçinin əmək münasibətlərinə xitam verilməsi prosesində həmkarlar ittifaqının qanuni səlahiyyətlərinin təmin olunması məsələləri yoxlanılıb.
Araşdırma zamanı sənədləşmənin keyfiyyəti, qəbul edilən qərarların müvafiq protokollarda əks olunması, maliyyə vəsaitlərinin təyinatı üzrə istifadəsinin rəsmiləşdirilməsi və hesabatlılıq mexanizmlərinin düzgün tətbiqi xüsusi diqqətdə saxlanılıb. Müəyyən edilən məsələlər üzrə təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi, sənədləşmə prosedurlarının vahid tələblər əsasında aparılması və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tövsiyələr təqdim edilib.
Yoxlamanın nəticələri müvafiq qaydada sənədləşdirilərək təftiş materiallarına daxil edilib.
Təftiş prosesi yalnız mövcud sənədlərin yoxlanılmasına deyil, həm də təşkilatların fəaliyyətində hüquqi savadlılığın, idarəetmə məsuliyyətinin və institusional fəaliyyət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.





