“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl rayonunda təhsil müəssisələrinin ilk həmkarlar təşkilatlarında sənədləşmə vəziyyəti yoxlanılır

18/11/2026, 17:28
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin ilk həmkarlar təşkilatlarında sənədləşmə vəziyyətinin yoxlanılması və təşkilati fəaliyyətin təkmilləşdirilməsi məqsədilə təftiş işlərinə başlanılıb.

Təftiş tədbirləri ümumilikdə 20 təhsil müəssisəsində həyata keçiriləcək.

Yoxlamalar zamanı ilk həmkarlar təşkilatlarında aşağıdakı istiqamətlər üzrə sənədlərin mövcudluğu, düzgün tərtibi və aparılması vəziyyəti araşdırılır:

İşçilərin yanğın təhlükəsizliyi üzrə təlimatlandırılması jurnalının aparılması;

Əməyin mühafizəsi üzrə giriş təlimatı jurnalının işlənilməsi;

Əməyin mühafizəsi üzrə ilkin, təkrar, növbədənkənar və birdəfəlik təlimatlandırma jurnallarının aparılması;

Maddi yardımlarla bağlı ərizə və protokolların rəsmiləşdirilməsi;

Mükafatlandırmalarla bağlı təqdimat və protokolların yoxlanılması;

Ödənişsiz məzuniyyətlərin verilməsi ilə bağlı ərizə və protokolların araşdırılması;

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» və «ç» bəndləri üzrə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işəgötürən tərəfindən ilk həmkarlar təşkilatlarına təqdim edilmiş sənədlərin və təşkilatların müvafiq qərarlarının (protokollarının) yoxlanılması.

Təftiş zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Hər bir təftişin yekununda ilk həmkarlar təşkilatının təftiş komissiyası tərəfindən müvafiq akt tərtib olunur.

Növbəti təftiş tədbirlərindən biri Göygöl şəhər Texniki və Təbiət Təmayüllü liseydə fəaliyyət göstərən ilk həmkarlar təşkilatında həyata keçirilib.

Bu tədbirlərin əsas məqsədi ilk həmkarlar təşkilatlarında sənədləşmənin vəziyyətini müəyyənləşdirmək, təşkilati və maliyyə intizamını gücləndirmək, həmkarlar ittifaqı üzvlərinin əmək və sosial-iqtisadi hüquqlarının, eləcə də ittifaq üzvlüyündən irəli gələn imkanlarının düzgün, şəffaf və keyfiyyətli şəkildə təmin olunmasına nail olmaqdır.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: