“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl rayonunda təhsil sahəsində əldə olunan uğurlara görə müəllim və şagirdlər təltif olunub.

08/04/2026, 17:19
xeber1

Göygöl rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri fənn olimpiadalarının final mərhələsində uğur qazanaraq yüksək nəticələr əldə etmiş, həmçinin sərbəst və yunan-roma güləşi üzrə respublika çempionatında ikinci yerə layiq görülüb.

Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən adıçəkilən şagirdlər və onların müəllimləri pul mükafatları və təşəkkürnamələrlə təltif olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil sahəsində əldə olunan uğurlara görə müəllim və şagirdləri təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: