Xəbərlər
Göygöl rayonunun Balçılı kəndində “DƏYƏR-65” layihəsi çərçivəsində yubiley təbriki keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin həyata keçirdiyi “DƏYƏR-65” layihəsi çərçivəsində təhsil müəssisələrində uzun illər əmək fəaliyyəti göstərən işçilərin yubileylərinin qeyd olunması davam etdirilir.
Layihənin növbəti ünvanı Göygöl rayon Balçılı 1 nömrəli tam orta ümumtəhsil məktəbi olub. Məktəbin texniki işçisi İsgəndərov Muraz 65 illik yubileyi münasibətilə təbrik edilib.
Görüşdə yubilyarın uzunillik əmək fəaliyyəti, məktəbin gündəlik fəaliyyətinin təmin olunmasında gördüyü işlər və kollektivlə səmərəli əməkdaşlığı qeyd olunub. Bildirilib ki, təhsil müəssisəsinin uğurlu fəaliyyəti yalnız pedaqoji heyətin deyil, burada çalışan hər bir əməkdaşın məsuliyyətli və vicdanlı əməyinin nəticəsidir.
“DƏYƏR-65” layihəsinin əsas məqsədlərindən biri də illərini təhsil sahəsinə həsr etmiş əməkdaşların əməyinə diqqət göstərmək, onların xidmətlərini kollektiv qarşısında yüksək qiymətləndirmək və həmkarlar ittifaqının insana yönəlmiş fəaliyyətini daha da gücləndirməkdir.
Yubiley münasibətilə Muraz müəllimə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavan həyat arzulanıb, uzun illər ərzində göstərdiyi əməyə görə təşəkkür ifadə olunub.
Həmkar ailəsi olaraq İsgəndərov Muraz müəllimi 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona sağlam və xoşbəxt ömür arzulayırıq.






