“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl rayonunun bir sıra təhsil müəssisələrinin kollektivləri ölkəmizin müxtəlif bölgələrinə təşkil olunan ekskursiyalarda iştirak ediblər.

02/07/2026, 18:30
xeber1

Göygöl şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin, Göygöl şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin, Göygöl şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin və Göygöl Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivləri Azərbaycanın tarixi, mədəni və təbii gözəllikləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Belə səfərlər iştirakçıların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, kollektiv ruhunun möhkəmlənməsinə, qarşılıqlı ünsiyyətin inkişafına və zəngin təəssüratların qazanılmasına da mühüm töhfə verir.

ETİHİ Göygöl Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, mənalı istirahətinin təşkili və onların asudə vaxtının səmərəli keçirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.

Bütün iştirakçılara xoş xatirələr və yeni uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: