“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl rayonunun Haçaqaya kəndində “DƏYƏR-65” layihəsi çərçivəsində yubiley təbriki keçirilib

17/09/2026, 09:57
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin həyata keçirdiyi “DƏYƏR-65” layihəsi çərçivəsində təhsil müəssisələrində uzunmüddətli və səmərəli əmək fəaliyyəti ilə seçilən həmkarların yubileylərinin qeyd olunması davam edir.

Layihənin növbəti ünvanı Göygöl rayonunun Haçaqaya kənd ümumi orta ümumtəhsil məktəbi olub. Məktəbin texniki işçisi Əmiraslanova Ziyafət Səlman qızının 65 illik yubileyi münasibətilə təbrik tədbiri keçirilib.

Tədbir zamanı Ziyafət Əmiraslanovanın uzun illər ərzində təhsil müəssisəsində göstərdiyi əmək fəaliyyəti, məktəbin gündəlik iş prosesinin təşkilinə verdiyi töhfə və kollektiv daxilində formalaşmış səmərəli əmək münasibətləri xüsusi qeyd olunub.

Vurğulanıb ki, təhsil müəssisəsində sağlam və işgüzar mühitin formalaşmasında hər bir əməkdaşın əməyinin özünəməxsus rolu vardır. İllər ərzində öz vəzifəsini məsuliyyətlə yerinə yetirən texniki işçilərin fəaliyyəti də təhsil prosesinin fasiləsiz və normal təşkilinin mühüm tərkib hissəsidir.

“DƏYƏR-65” layihəsi məhz uzun illər təhsil sahəsində çalışan əməkdaşların əməyinə diqqət göstərilməsi, onların fəaliyyətinin kollektiv qarşısında qeyd olunması və həmkarlar ittifaqının əməkdaşlara yönəlmiş sosial-mənəvi dəstək ənənələrinin davam etdirilməsi məqsədi daşıyır.

Yubiley münasibətilə Ziyafət Əmiraslanovaya möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavan həyat arzulanıb, təhsil sahəsində uzun illər göstərdiyi məsuliyyətli əməyə görə təşəkkür bildirilib.

ETİHİ Göygöl Rayon Komitəsi olaraq Əmiraslanova Ziyafət Səlman qızını 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə xoşbəxtliyi arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: