“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl rayonunun ucqar təhsil müəssisələrindən birində əmək hüquqları və həmkarlar ittifaqının fəaliyyəti müzakirə olunub

21/09/2026, 10:34
xeber1

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tapşırığına uyğun olaraq Göygöl rayonunun ucqar ərazilərində fəaliyyət göstərən təhsil müəssisələrinin kollektivləri ilə görüşlər davam etdirilir.

Növbəti görüş Göygöl rayonu Xəlil Muradov adına Gəncə kənd tam orta ümumtəhsil məktəbinin kollektivi ilə keçirilib.

Görüş zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və ETİHİ Göygöl Rayon Komitəsinin fəaliyyəti, həyata keçirilən sosial və hüquqi layihələr, ittifaq üzvlərinə göstərilən dəstək mexanizmləri, qarşıda duran vəzifələr və yeni fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Eyni zamanda, təhsil işçilərinin əmək hüquqlarının qorunması, əmək münasibətlərində hüquq və vəzifələrin düzgün müəyyənləşdirilməsi, əməyin mühafizəsi tələblərinə əməl olunması və iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.

Görüşdə xüsusilə həmkarlar ittifaqının yalnız sosial yardım göstərən qurum deyil, həm də əmək hüquqlarının müdafiəsi, hüquqi maarifləndirmə və təhlükəsiz əmək mühitinin formalaşdırılması istiqamətində fəaliyyət göstərən təşkilat kimi rolu barədə fikir mübadiləsi aparılıb.

Kollektivin üzvlərini maraqlandıran suallar cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib.

Görüşün sonunda məktəbin müəllim və əməkdaşları qarşıdan gələn 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulanıb.

ETİHİ Göygöl Rayon Komitəsi təhsil işçiləri ilə birbaşa ünsiyyətin, onların hüquqi maarifləndirilməsinin və ucqar təhsil müəssisələrinin kollektivləri ilə əməkdaşlığın davamlı şəkildə həyata keçirilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi davam etdirir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: