“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl rayonunun Üçtəpə kənd tam orta ümumtəhsil məktəbi əməyin mühafizəsi sahəsində sertifikatla təltif olunub.

28/04/2026, 16:31
xeber1

27 aprel 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkə üzrə ümumtəhsil məktəbləri arasından Göygöl rayon Ərşad Məmmədov adına Üçtəpə kənd tam orta ümumtəhsil məktəbini sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində əldə etdiyi uğurlara görə sertifikatla təltif edib.

Təltif məktəbdə sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılması, əməyin mühafizəsi sahəsində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, əməkdaşların rifahının və təhlükəsizliyinin təmin olunması istiqamətində görülən ardıcıl və məqsədyönlü işlərin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təqdim etdiyi sertifikat, eyni zamanda, təhsil müəssisəsində sağlam psixososial iş mühitinin yaradılması, işçi heyət arasında qarşılıqlı hörmət, əməkdaşlıq və dəstək mühitinin təşviqi sahəsində həyata keçirilən fəaliyyətlərin nəticəsidir.

Bu mükafat məktəb kollektivinin əməyin mühafizəsi, iş yerlərində təhlükəsizlik mədəniyyətinin inkişafı və əməkdaşların sosial rifahının yüksəldilməsi istiqamətində fəaliyyətinin mühüm göstəricisidir. Məktəb kollektivi bundan sonra da sağlam, təhlükəsiz və inklüziv iş mühitinin qorunması və daha da təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: