Xəbərlər
Göygöl şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində “DƏYƏR-65” layihəsi çərçivəsində yubiley təbriki keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin həyata keçirdiyi “DƏYƏR-65” layihəsi çərçivəsində təhsil müəssisələrində uzunmüddətli və səmərəli əmək fəaliyyəti ilə seçilən həmkarların yubileylərinin qeyd olunması davam edir.
Layihənin növbəti ünvanı Göygöl şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi olub. Məktəbin müəllimi Əliyeva Ziyafət Bəxtiyar qızının 65 illik yubileyi münasibətilə təbrik tədbiri təşkil edilib.
Tədbir zamanı Ziyafət Əliyevanın pedaqoji fəaliyyəti, təhsil sahəsində qazandığı təcrübə, şagirdlərin təlim-tərbiyəsindəki rolu və məktəb kollektivinin həyatında tutduğu mövqe diqqətə çatdırılıb. Onun uzun illər ərzində göstərdiyi məsuliyyətli əməyə və təhsil sahəsinə verdiyi töhfələrə görə təşəkkür bildirilib.
“DƏYƏR-65” layihəsi uzun illər təhsil sahəsində çalışan həmkarların əməyinə ehtiram göstərilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və həmkarlar ittifaqının üzvlərinə sosial-mənəvi dəstəyin ifadəsidir.
Yubiley münasibətilə Əliyeva Ziyafət Bəxtiyar qızı təbrik edilib, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətində uğurlar arzulanıb.







