Xəbərlər
Göygöl şəhəri 4 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi Şəki - Qax turunda iştirak edib.
28/06/2026, 18:16

Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, mənalı istirahətinin təmin edilməsi, ölkəmizin zəngin təbiəti, tarixi və mədəni irsi ilə yaxından tanış olmaları üçün əlverişli şərait yaratmaq olub.
Tur iştirakçıları səfər zamanı Qaxın füsunkar təbiəti, Şəkinin qədim sənətkarlıq ənənələri və gözəl guşələri ilə tanış olub, yaddaqalan anlar yaşayıblar.
Səfər kollektiv üzvlərində xoş təəssüratlar yaradıb, onların istirahətinin səmərəli təşkilinə və kollektiv həmrəyliyinin daha da möhkəmlənməsinə töhfə verib.
Təhsil işçiləri göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildiriblər.








