Xəbərlər
Göygöl şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbində əlamətdar yubiley qeyd olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən “DƏYƏR–65” layihəsi çərçivəsində Göygöl şəhəri 4 nömrəli tam orta məktəbin uzun illər səmərəli fəaliyyət göstərmiş müəllimi Məmmədova Təranə Firuddin qızının 65 illik yubileyi münasibətilə təntənəli tədbir təşkil olunub.
Tədbir zamanı Təranə müəllimin təhsil sahəsində göstərdiyi fədakar xidmətlər xüsusi vurğulanıb, ona dərin minnətdarlıq ifadə edilib.
Hörmətli Təranə xanım!
Sizi 65 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı və bundan sonrakı həyatınızda yeni uğurlar arzulayırıq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi bundan sonra da “DƏYƏR–65” layihəsi çərçivəsində təhsil işçilərinin yubileylərini yüksək ehtiramla qeyd etməyə davam edəcəkdir.









