Xəbərlər
Göygöl şəhəri 5 nömrəli tam orta ümumtəsil məktəbində təhsil işçiləri ilə görüş keçirilib
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Göygöl rayonunun təhsil müəssisələrində əmək kollektivləri ilə keçirilən görüşlər davam edir.
Növbəti görüş Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə Göygöl şəhəri 5 nömrəli tam orta ümumtəsil məktəbində keçirilib.
Görüşdə təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, sosial təminat məsələləri, əməyin mühafizəsi, təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, əmək münasibətlərinin düzgün tənzimlənməsi və həmkarlar ittifaqının üzvlərə göstərdiyi hüquqi və sosial dəstək imkanları müzakirə olunub.
Məktəb kollektivinin müraciət və təklifləri dinlənilib, əmək hüquqları ilə bağlı suallar cavablandırılıb. Həmçinin ETİHİ Göygöl Rayon Komitəsinin həyata keçirdiyi sosial layihələr və hüquqi maarifləndirmə istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşün sonunda məktəbin kollektivi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub, müəllim və təhsil işçilərinə məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulanıb.
ETİHİ Göygöl Rayon Komitəsi təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, onların sosial məsələlərinin diqqətdə saxlanılması və əmək kollektivləri ilə birbaşa əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.



