“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöl şəhəri Texniki və Təbiət Fənləri Təmayüllü Liseyin şagirdləri ölkə və beynəlxalq səviyyəli müsabiqələrdə əldə etdikləri nailiyyətlərlə rayon təhsilinin uğurlarına yeni töhfələr veriblər.

24/06/2026, 11:04
xeber1

VII sinif şagirdi Səmədzadə Zöhrab Respublika Fənn Müsabiqəsində fizika fənni üzrə 72,4 bal toplayaraq Gümüş medal qazanıb. Bu uğur onun əzmkarlığının, biliyinin və müəllimi Şəhla Qurbanovanın peşəkar əməyinin nəticəsidir.

Eyni zamanda, V sinif şagirdi Ümüd Novruzlu Beynəlxalq Kenquru Riyaziyyat Müsabiqəsində 91 bal toplayaraq Bürünc medala layiq görülüb. Bu nailiyyətdə fənn müəllimi Günel Qurbanovanın zəhməti xüsusi rol oynayıb.

Şagirdlərimizi, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, gələcək təhsil həyatlarında daha böyük uğurlar arzulayırıq.

Bu nailiyyətlər bir daha göstərir ki, Göygöl təhsilinin uğurlarının təməlində istedadlı şagirdlər və fədakar müəllim əməyi dayanır.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: