“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş futbol yarışı keçirilib

14/01/2026, 18:38
xeber1

20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş futbol yarışı Göygöl rayonunda təşkil edilib. Yarış Göygöl rayon Uşaq Gənclər İdman Şahmat Məktəbi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunlar zamanı komandalar yüksək idman ruhu nümayiş etdiriblər. Yarışın yekununda qalib komandalar müəyyən olunaraq kubok, diplom və medallarla təltif ediliblər.

Tədbirin keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etmək, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və sağlam həyat tərzinin təbliğinə töhfə vermək olub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi gələcəkdə də bu cür idman yönümlü tədbirlərin birgə təşkilini davam etdirməyi planlaşdırır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: