Xəbərlər
Göygöldə “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib.

Göygöl rayonunda YAP Göygöl rayon təşkilatı və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü” münasibətilə “Dövlətçilik salnaməmizin parlaq səhifəsi” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin sədri də iştirak edib.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qurum rəhbərləri, ziyalılar, gənclər və partiya fəalları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan bəhs ediblər.
ETİHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev “Dövlətçilik salnaməmizin parlaq səhifəsi” mövzusunda geniş məruzə ilə çıxış edərək Azərbaycan dövlət müstəqilliyinin tarixi əsasları, milli dövlətçilik ənənələrinin qorunması və müasir Azərbaycanın inkişaf yolu barədə ətraflı fikirlərini bölüşüb.
Çıxışlarda vurğulanıb ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti olmaqla yanaşı, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində daha da möhkəmlənib və ölkəmiz beynəlxalq arenada söz sahibi olan qüdrətli dövlətə çevrilib.
Tədbirin sonunda müstəqillik tariximizə həsr olunmuş videoçarx nümayiş etdirilib.







