“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş intellektual mübarizə başa çatdı.

05/11/2025, 18:26
xeber1

Göygöldə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş intellektual mübarizə başa çatdı.


Bu gün Göygöl Gənclər Evində rayon ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında keçirilən “Qalib Gənclik” breyn-rinq bilik yarışının final mərhələsi uğurla yekunlaşıb.


Yarışın əsas məqsədi – Zəfər tarixinin yaşadılması, gənclərdə vətənpərvərlik duyğularının gücləndirilməsi və müəllimlər arasında elmi-intellektual mühitin inkişaf etdirilməsidir.


Tədbir Göygöl Gənclər Evinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Göygöl sektorunun, Göygöl Təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.


Final nəticələri:

"Xarı Bülbül" – Şəhər 6 saylı tam orta məktəb – I yer

"Qarabağ" – Şəhriyar kənd tam orta məktəb – II yer

"Şuşa" – Şəhər 4 saylı tam orta məktəb – III yer

"Zəfər" – Üçtəpə kənd tam orta məktəb – IV yer


Qalib komandalara diplom və hədiyyələr Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsi tərəfindən təqdim olunub.


Bu uğurda əməyi olan bütün təşkilatçılara, mentor müəllimlərə və iştirakçılara təşəkkür edirik!


Qalib komandalara gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: