“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göygöldə “DƏYƏR-65” layihəsi çərçivəsində növbəti yubiley qeyd olunub.

29/06/2026, 12:03
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən həyata keçirilən “DƏYƏR-65” layihəsi çərçivəsində təhsil işçilərinin yubileylərinin qeyd olunması ənənəsi davam edir.

Layihə çərçivəsində bu dəfə Göygöl rayonu Pənahlılar kənd tam orta ümumtəhsil məktəbinin uzunillik müəllimi İsmayılov Kamal Şakir oğlunun 65 illik yubileyi münasibətilə təbrik tədbiri keçirilib.

Tədbirdə çıxış edənlər Kamal müəllimin 43 il ərzində pedaqoji fəaliyyətini böyük məsuliyyət və peşəkarlıqla yerinə yetirdiyini, yüzlərlə şagirdin təlim-tərbiyəsində, onların bilik və vətənpərvərlik ruhunda formalaşmasında mühüm xidmətlər göstərdiyini vurğulayıblar. Bildirilib ki, o, zəngin müəllimlik təcrübəsi, yüksək mənəvi keyfiyyətləri və səmimi münasibəti ilə həm şagirdlərin, həm də həmkarlarının dərin hörmət və rəğbətini qazanıb.

Qeyd olunub ki, Kamal müəllim uzun illər ərzində təhsilin inkişafına dəyərli töhfələr verərək gənc nəslin yetişdirilməsi istiqamətində fədakar əməyi ilə seçilib və müəllim adını daim uca tutub.

Yubiley münasibətilə Kamal müəllimə xoş arzular çatdırılıb, onun uzunillik səmərəli fəaliyyətinə görə təşəkkür ifadə olunub.

Həmkar ailəsi olaraq İsmayılov Kamal Şakir oğlunu 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və bundan sonrakı həyatında xoş günlər, sevinc və uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: