Xəbərlər
Göygöldə “DƏYƏR-65” layihəsi çərçivəsində növbəti yubiley təbriki keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən həyata keçirilən “DƏYƏR-65” layihəsi çərçivəsində təhsil işçilərinin 65 illik yubileylərinin qeyd olunması ənənəsi davam edir.
Layihə çərçivəsində növbəti yubiley təbriki Hacıməlik qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib. Məktəbin texniki işçisi Kərimova Səlvi xanım 65 illik yubileyi münasibətilə təbrik olunub.
Görüş zamanı Səlvi xanımın uzun illər ərzində çalışdığı təhsil müəssisəsində göstərdiyi səmərəli və məsuliyyətli fəaliyyətdən söz açılıb, onun zəhmətsevərliyi, işinə vicdanlı münasibəti və kollektivdə qazandığı hörmət xüsusi vurğulanıb.
Qeyd olunub ki, təhsil müəssisəsində çalışan hər bir əməkdaş ümumi təhsil mühitinin formalaşmasına öz töhfəsini verir. Uzun illər təhsil sahəsində fəaliyyət göstərən texniki işçilərin əməyi, fədakarlığı və məsuliyyəti də xüsusi dəyərə layiqdir.
Yubiley münasibətilə Səlvi xanıma xoş arzular çatdırılıb, uzunillik və səmərəli fəaliyyətinə görə təşəkkür ifadə olunub.
Həmkar ailəsi olaraq Kərimova Səlvi xanımı 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, sevinc və xoş günlər arzulayırıq.
65 il ömürdür, zəhmətdir, təcrübədir, ən əsası isə əməyə və insana verilən dəyərdir.



